19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Göbələkdən zəhərlənmə halları niyə artır? - VİDEO

Göbələkdən zəhərlənmə halları niyə artır? - VİDEO
Göbələk zəhərlənmələrinin sayı artıb.


Xezerxeber.az-ın məlumatına görə, Zaqatalanın Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva ağır zəhərlənmə diaqnozu ilə Bakıya gətirilib.


Anası deyir ki, övladı göbələyi sevdiyindən onun işdən gəlməyini gözləməyib. Özü təmizləyərək bişirib və dərhal halı pisləşib. Valideynləri onu əvvəlcə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparıblar. Məktəblinin səhhətini ağırlaşdığından o, 3 gün əvvəl Bakıya Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirlib.


Nahidə Mehdiyava deyir ki, meşə göbələyindən evlərində dəfələrlə yeyilib, ilk dəfədir belə halla qarşılaşıblar.


Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, zəhərlənmə prosesi göbələk yedikdən bir gün sonra belə baş verə bilər.
Zəhərlənmə zamanı mədə nahiyəsində ağrılar, baş gicəllənmə, baş ağrı, getdikcə sarılıq əlamətləri başlayır. Qaraciyər və böyrək funksiyası pozulur. İlkin tibbi yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq vacibdir.


Son bir ay ərzində Qax və Zaqatala bölgəsində göbələkdən zəhərlənmə diaqnozu ilə 30 nəfər xəstəxanaya göndərilib. Mütəxəssisin sözlərinə görə, insanlar meşədən toplanılmış göbələyi yeməməli, göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə bütün ailənin zəhərlənməsinə və məhvinə səbəb ola bilər.


Azər Maqsudov qeyd edib ki, marketdə satılan, qablaşdırılmış göbələklər zərərsiz hesab edilir. Lakin, məhsulu alarkən etiket məlumatları, yəni saxlanma tarixi mütləq nəzərdən keçirilməlidir.


Ətraflı süjetdə:



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница