17:44 Dünyanın ən yaxşı gəzməli ölkələri ✈️ 13:07 Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə... 07:47 Azərbaycana yeni BYD-lər gəlir 18:53 Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi 18:52 Hər gün əlinizdə bakteriyalar çoxalır - təhlükə XƏBƏRDARLIĞI 18:51 Mütəxəssislər gecə Wi-Fi-ni söndürməyi məsləhət görür 18:50 Sarımsağı soyuducuda saxlamaq olarmı? 18:49 Radiatorlar niyə yavaş-yavaş qızır və bunu necə düzəltmək olar? 18:49 Üzünüzü camaşır sabunu ilə yusanız, dərinizdə nə baş verir? 18:48 Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar

İnstaqram rəhbərliyi tviterin analoqunun buraxılmasına hazırlaşır

İnstaqram rəhbərliyi tviterin analoqunun buraxılmasına hazırlaşır
İnstaqramın top-menecerləri yayda tviter ilə rəqabət aparacaq mətn paylaşımları olan yeni sosial şəbəkənin buraxılmasını planlaşdırır. AZƏRTAC "Bloomberg"ə istinadla xəbər verir ki, nəşrlə bağlı məhdudiyyət 500 simvol təşkil edəcək.
Nəşrin məlumatına əsasən, yeni platformanı öncə onun yaradıcıları sınaqdan keçiriblər. Onlar bir neçə ay ərzində gizli olaraq hələ kütləyə açıq olmayan sosial şəbəkədə öz səhifələrindən istifadə ediblər. İndi yeniliyi adları çəkilməyən məşhurlar və nüfuzlu insanlar qiymətləndirir.
Kaliforniya Universitetindən olan sosial marketinq müəllimi Liya Xaberman tviter səhifəsində layihənin təsviri ilə bağlı paylaşım edib. Göründüyü kimi, o, sınaq keçirənlərin siyahısına daxil olub. Xabermanın sözlərinə görə, instaqram artıq 2023-cü ilin iyununda yeni sosial şəbəkənin təqdimatını edə bilər.
Paylaşımda qeyd olunur ki, sosial şəbəkə instaqram əsasında yaradılır və hər iki platformanın hesabları sinxronlaşdırıla bilər, lakin bu ayrıca tətbiq olacaq. Yenilik, həmçinin tviterin Mastodon kimi digər rəqibləri ilə də uyğunlaşdırılacaq.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница