{forum}
Поиск по сайту
Календарь публикаций
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Архив публикаций
Апрель 2026 (1)
Март 2026 (4)
Февраль 2026 (29)
Январь 2026 (80)
Декабрь 2025 (37)
Ноябрь 2025 (119)
Последние новости
{inform_dle}
Рекламный блок
Навигатор »» May.Az » Облако тегов » stansiya

Nizami stansiyası yeni görkəmə salınır

  • Не нравится
  • 0
  • Нравится
Добавил Admin, в категорию: --- (1-03-2017, 11:40)
Nizami stansiyası yeni görkəmə salınır


Bakı metropoliteni stansiyalarının, ayrı-ayrı keçid və vestibüllərinin təmiri, yenidənqurulması üzrə işlərin sürəti son 3 ildə daha da artaraq planlı şəkildə davam edir. Bu il Bakı metropoliteninin qeyd olunacaq yarıməsrlik yubileyini tam yeni görkəmdə qarşılayan stansiyalardan biri də Azərbaycan memarlığının incilərindən biri sayılan «Nizami» stansiyası olacaq.

BAKU.WS-in "Baki Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən əldə etdiyi məlumatda bildirilir ki, ötən il «Nizami» stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir. Burada ilk növbədə platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib. Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalanmanın əhəmiyyəti böyükdür.

Bir müddətdir ki, təmir işləri aparılan stansiyanın orta zalı faner lövhələri ilə bir neçə yerdən əhatələnərək, işlərin getdiyi ərazilər sərnişin axınından təcrid edilib. Hazırda sərnişinpaylama zalından platformalara keçid tağlarının köhnə mərmər üzlükləri sökülür. Onların altında, eləcə də Nizami Gəncəvinin «Xəmsə»si mövzusunda işlənmiş pannoların arxasında metal konstruksiyalar korroziyadan təmizlənir, lazımi yerlərdə bu konstruksiyalar yenisi ilə əvəzlənir, üzlük işləri üçün meydança yaradılır. Artıq mozaik pannolardan 8-nin arxasında bərpa işləri tamamlanıb və pannolardan 6-sı yerinə oturdulub.

Xatırladaq ki, dahi Azərbaycan mütəffəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiya 1976-cı ildə dekabrın 31-də istifadəyə verilib. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub, stansiyanın platformasının orta zalının dərinliyində Nizami Gəncəvinin portreti günəş şüaları fonunda mozaik pannoda əks olunub. Yan pilon divarlarını isə şairin əsərlərindən götürülmüş mövzular əsasında işlənmiş seçmə pannolar bəzəyir. 18 pannoda şairin ölməz «Xəmsə»sinin motivləri əsasında səhnələr yer alır. Təsvirlərin müəllifi xalq rəssamı, professor Mikayıl Abdullayevdir.

İstismarda olduğu müddətdə stansiyanın 19 pannosu üzərindəki təsvirlərin də bərpaya ehtiyacı yaranıb. Bu işlə təsvirlərin müəllifi Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar. Rəssamlar bu işi yenidən yerinə oturdulan pannolar üzərində aparırlar. Belə ki, pannolar xüsusi qurğular vasitəsilə irəli çəkilir, arxa hissənin metal konstruksiyası bərpa olunur, tübinqlər korroziyadan xilas olunur və rənglənir. Sonradan yerinə qaytarılan pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.
Hazırda 19 pannodan 6-sının üzərində bədii bərpa prosesi başa çatıb. Pannoların yerləşdiyi yenilənmiş tağların daha bir üstünlüyü, onların arxa hissəsinin havalandırılması üçün yaradılan imkandır. Bu isə bərkidici konstruksiyaları aqressiv mühitin təsirindən xeyli qoruyacaq.
Həmçinin «Nizami» stansiyasında 18 pilondan 4-ü mərmər işlərinin başlanması üçün hazırdır. Digər 6 pilon sökülüb, betonlanma üçün karkaslar qurulub və betonlama işləri gedir.

Qeyd edək ki, «Nizami» stansiyası şəhərin geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir. Fəaliyyətdə olduğu 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruktiv və dekorativ-memarlıq elementləri, stansiya avadanlığı tamamilə yararsız vəziyyətə düşmüşdü. Stansiyasının orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri isə başa çatıb. Burada tavan əvvəlkindən bir qədər fərqli şəkil alacaq. «Xətai» stansiyasının orta zalında olduğu kimi, «Nizami» stansiyasında da "Durlum"GmbH şirkəti tərəfindən stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən korroziyaya davamlı özəl metal asma tavan quraşdırılacaq. Stansiyanın hər iki yol platformasında ərazi məhdudluğunun yaranması ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri gücləndirilib.
İşlərin həcminin böyüklüyünə, əhatəliyinə baxmayaraq, «Nizami» stansiyası işini dayandırmayıb, sərnişinlərə lazımi xidmət göstərir.
Sərnişinlərə şad xəbər: "Dərnəgül" metrostansiyası ilə "Koroğlu" birləşdirilir


Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyur.

Sərnişinlərin daha rahat daşınmasını təmin etmək üçün 2011-ci ildə prezidentin təsdiq etdiyi Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Dərnəgül stansiyası ilə Koroğlu arasında 2 stansiya tikiləcək.

Bundan əlavə, 1 stansiya isə Koroğlu ilə keçid stansiyası olacaq.

Bu stansiyalar da gələcəkdə dairəvi olacaq Yaşıl xəttin davamıdır.

Sərnişinlərə şad xəbər: "Dərnəgül" metrostansiyası ilə "Koroğlu" birləşdirilir


Xatırladaq ki, Yaşıl xəttin digər tərəfi olan Xətai stansiyasından tikilməkdə olan Həzi Aslanov-2 stansiyasına qədər Nobel prospekti boyunca da 3 stansiya tikiləcək.

Hazırda 25 olan stansiyaların sayı 2030-cu ilə qədər həmin plana əsasən 76-ya çatdırılmalıdır.
Hazırda Bənövşəyi xəttin Avtovağzal və Memar Əcəmi stansiyalarının davamı olan və şərti adı B3 olan stansiyası da tikilməkdədir. Hərbi Hospitalın qarşısında, Ceyhun Səlimov küçəsində tikilən stansiyanın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Həmçinin gələcəkdə Günəşli, Qaraçuxur, Bakıxanov istiqamətində də stansiyaların tikilməsi nəzərdə tutulur.

Главная |  Форум |  Карта сайта |  Правообладателям |  Контакты
Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 8