{forum}
Поиск по сайту
Календарь публикаций
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Архив публикаций
Апрель 2026 (1)
Март 2026 (4)
Февраль 2026 (29)
Январь 2026 (80)
Декабрь 2025 (37)
Ноябрь 2025 (119)
Последние новости
{inform_dle}
Рекламный блок
Навигатор »» May.Az » Облако тегов » sərnişin
Bakı metrosunda sərnişinləri çaşdıran maraqlı hadisə (VİDEO)


Bakıda metroda maraqlı hadisə kameraya düşüb.

BAKU.WS-in məlumatına görə, sərnişinlərdən biri qatara daxil olan sərçələri öz telefonu ilə çəkib.

Redaksiyamıza göndərilən videodan da aydın olduğu kimi quşlar qatarın içərisində uçurlar. Tuneldə olan qatara quşların necə daxil olduğu maraq mövzusudur.

Sərnişinləri də çaşdıran bu hadisənin görüntülərini oxucularımıza təqdim edirik:
Sərnişinin halı pisləşdi, Bakı metrosuna təcili yardım gəldi


Metroda halı pisləşən sərnişin üçün təcili tibbi yardım çağırılıb.

Milli.Az xəbər verir ki, bu gün saat təxminən 14:30 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında orta yaşlı bir qadının halı qəflətən pisləşib. Qadına əvvəlcə yaxınlıqdakı sərnişinlər yardım etməyə çalışıblar. Daha sonra stansiyaya təcili tibbi yardım briqadası da çağırılıb.

Lakin o vaxta kimi artıq nisbətən özünə gələn xəstə sərnişin həkimlərin xidmətindən istifadədən imtina edib və yoluna davam edib.
Şaxtalı hava ilə bağlı avtobuslara tapşırıqlar verildi


Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Bu barədə May.Az-a agentlikdən məlumat verilib.

Daşıyıcı şirkətlərə avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri meteoroloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən olunan sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməməsi üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.
Главная |  Форум |  Карта сайта |  Правообладателям |  Контакты
Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 8