Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. May.Az bildirir ki, qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsidir. Məlumata görə, ailəsi qızı İsmayıllı rayonun Topçu kəndindən olan qohumuna nişanlayıb. Bir ildən çoxdur ki, onlar nişanlı olublar. Qız isə əvvəldən bu münasibətə razı olmayıb və ailəsinə başqasını sevdiyini deyib. Oğlanın anasının ağır
Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib. Nazirlikdən APA-ya bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə
Bakıda intihar hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Çində baş verən bu hadisə görənləri heyrətə saldı. May.Az Milli.Az-a istinadən xəbər verir ki, ailəsinin "tapdığı" qızla evlənməyə hazırlaşan gənc, qızın üzünü görüncə şok keçirib. Çin adət-ənənələrinə görə, toy gününə qədər evlənəcəyi qızın üzünü görməsi qadağa sayılan şəxs qızı görüncə intihar etmək istəyib. Özünü çaya atan oğlanı yoldan keçənlər xilas ediblər.
Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın fotosu yayılıb. May.Az-in məlumatına görə, Aygül adlı gənc qızın yanında əyləşən onun qardaşıdır. Gənc qız bu il 601 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub. Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi
Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurub. May.Az məlumat verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla həyat yoldaşının soyadını da götürüb. Üç ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin bir qız övladı var. Leyla sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır. Erməni və azərbaycan dilində duet şəkilində ifa
Sosial şəbəkələrin fenomeninə çevrilən kiçik Banunun anasının fotosu da ortaya çıxıb. Qızcığazın anasının fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb. Qeyd edək ki, kiçik Banunun hər iki sosial şəbəkəsi qohumları tərəfindən idarə edilir. Fotoları təqdim edirik:
Bakıda qətl törədilib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb. V. Qarayev tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
26 yaşlı Qasımova Vüsalə Əlibala qızı Qudpasçer sindromundan əziyyət çəkir. 3 aydır oynaq ağrılarından əziyyət çəkən qız daha sonra xəstəxanaya yatırılıb. Məlum olub ki, o, Qudpasçer sindromuna tutulub. Vüsalə hazırda reanimasiyadadır. Süni tənəffüs aparatı ilə nəfəs alır. Həkimlər onun müalicəsinin mümkün olduğunu deyirlər. Ancaq ailənin maddi durumu buna imkan vermir. Bu vəziyyətdən qurtulması
Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb. ANS PRESS-in məlumatına görə, hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. Əməliyyatı həyata keçirən həkim İlham Ağayev ANS PRESS-ə açıqlamasında uşağın qusma nəticəsində
Bakıda dəniz çimərliyində iki nəfər batıb. May.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Dəniz çimərliyində Bakı şəhər sakinləri Nurlana Qədirova boğulub, qızı Həmidə Əliyeva isə xilas edilib.
Kənan MM həyatı ilə bağlı maraqlı etiraflar edib. May.Az axşam.az-a istinadən məlumat verir ki, rejisssor bir vaxtlar kriminal həyat yaşadığını deyib: "Elə bir mühitdə olmuşam ki, düzgün olmaq işə yaramırdı. Narkotik maddə istifadəçiləri ilə, oğrularla bir otaqda qalmışam. Üstümdə qaz balonu, bıçaq gəzdirmişəm. Bir dəfə Sumqayıtda qaz balonu köməyimə çatdı. Telefonumu götürmək istəyirdilər,