- Gecə canavarları, Qarabağ, Motosikletçilər">
- Şikayət et
"Gecə canavarları"nın Qarabağda nə işi var?
Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır. May.Az-in APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Araşdırmanın ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə aparıldığını deyən H. Hacıyev bu barədə əlavə məlumatın veriləcəyini bildirib.