Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir. MAY.AZ "Report" a istinadən xəbər verir ki, cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı bir sıra ərazilər işğaldan azad edilib. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirilib.
"Ermənistan tərəfi cəbhə xəttindəki təxribatlarını dayandırmasa, Azərbaycan yaxın saatlarda aprel döyüşləri səviyyəsində, hətta daha geniş miqyaslı döyüş əməliyyatlarına başlaya bilər". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov BAKU.WS-ə açıqlamasında deyib. O, bildirib ki, bu dəfə ki, toqquşmalar zamanı hər iki tərəfin daha çox itiklər verməsi mümkündür. "Cəbhənin Şimal və Şərq
Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. May.Az-in məlumatına görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun
"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur". Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Ermənistan tərəfi itkilərini etiraf edib. May.Az-in məlumatına görə, Tavuş rayonunun Çinari kəndi ətrafında gedən döyüşlərdə 2 erməni əsgər, 1 zabit həlak olub. Ermənistan tərəfi yazır ki, erməni əsgərlər yuyunan zaman vurulub. Dəstəyə gələn zabit də məhv edilib.
Ukrayna hərbi birləşmələri Donbas istiqamətində hücuma keçib. May.Az-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 4 kilometr irəliləyən Ukrayna ordusunun qarşısı kəsilib və cavab həmləsi edilib. Bu gün səhər saatlarından artilleriya və zirehli avtomobillərlə hücuma keçən ordu rəqibin mövqelərini yarıb keçməyə müvəffəq olub. Son məlumatlara görə, separatçı rejim BMP-dən,
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib. Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə