{forum}
Поиск по сайту
Календарь публикаций
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Архив публикаций
Апрель 2026 (1)
Март 2026 (4)
Февраль 2026 (29)
Январь 2026 (80)
Декабрь 2025 (37)
Ноябрь 2025 (119)
Последние новости
{inform_dle}
Рекламный блок
Навигатор »» May.Az » Облако тегов » bomba
Bakı metrosuna "bomba qoyan" şəxs: "Sərxoş idim"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilərəkdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

May.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub. Dövlət ittihamçısı ittiham aktını elan edib. F.İsmayılov isə özünü təqsirli bilmədiyini deyib.

O bildirib ki, polisə zəng edən zaman içkili olub: "Sərxoş olmuşam, amma bomba qoyacağımı deməmişəm. Sadəcə, metronu partladaram demişəm. Polisə zəng edib xəstəxananın nömrəsini istədim, ordan da mənə dedilər 104-ə zəng elə".

Şahid qismində sərbəst ifadə verən polis kapitanı Arzu Tağıyev deyib ki, Fəqani İsmayılov tərəfindən metro stansiyasına bomba qoyulacağı barədə məlumat daxil olub: "Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni araşdırdılar və sonra bu adamı həbs etdilər".

Digər polis əməkdaşı Zöhrab Səlimov da həmkarının dediklərini təsdiqləyib.

Sonra təqsirləndirilən şəxsin 102 xidməti ilə telefon əlaqəsinin səs protokolu elan olunub.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, F.İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilir.
Bakıda bomba həyəcanı: Körpünün altından partlayıcı tapıldı?


Bu gün axşam saatlarında paytaxt Bakıda bomba həyəcanı yaşanıb.


May.Az-in verdiyi məlumata görə, bu gün axşam saat 19:00 radələrindən təxminən 22:00-dək Xətai prospektindən Heydər Əliyev Prospektinə gedən yol bağlanıb. Körpünün altı və ərzidəki maşınlar xüsusi cihazla yoxlanılıb. Polislərin sürücülərə verdiyi məlumata görə, Xətai Prospektini Heydər Əliyev prospekti ilə birləşdirən körpüyə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Məlumata görə körpünün altından partlayıcıya bənzər əşya tapılıb.

Xəbər yenilənir…
Главная |  Форум |  Карта сайта |  Правообладателям |  Контакты
Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 8