16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Barış Alper Yılmaz Acun İlıcalının keçmiş arvadı ilə görüşür

Barış Alper Yılmaz Acun İlıcalının keçmiş arvadı ilə görüşür

Futbol üzrə sonuncu Avropa çempionatında nümayiş etdirdiyi oyunla nəhəng klublarının diqqətini öz üzərinə çəkən Türkiyə milli komandasının futbolçusu Barış Alper Yılmazın şəxsi həyatı barədə bəzi yeni detallar məlum olub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu türkiyəli məşhur bloqer Şeyma Subaşı ilə görüşür.

Belə ki, hər iki şəxs kurort şəhəri Bodrumda istirahət edir və onları gecə saatlarında birlikdə gəzən yerdə görüblər.

Qeyd edək ki, "Qalatasaray" klubunun hücumçusu olan Barış Alper Yılmaz "Liverpul", "Mançester Yunayted", "Tottenhem" kimi klubların hədəfindədir.

Məlumat üçün əlavə edək ki, bloqer Şeyma Subaşı məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalının keçmiş həyat yoldaşı olub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница