16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İkardinin həyat yoldaşı xəstəliyini AÇIQLADI

İkardinin həyat yoldaşı xəstəliyini AÇIQLADI
"Qalatasaray"dakı çıxışı ilə ad çıxaran argentinalı futbolçu Mauro Emanuel İkardi Riveronun həyat yoldaşı Vanda Nara sosial media hesabından xəstəliyi ilə bağlı açıqlama verib.


Lent.az xarici mediaya istinadla bildirir ki, Mauro İkardinin transferi mövsümün əvvəlində alınsa da, transfer prosesinin gec açıqlanmasına səbəb Vanda Naranın xəstəliyi olub.


Transferdə gecikmənin səbəbinin Vanda Naranın xəstəliyi olduğu iddia edilərkən, argentinalı jurnalist Naranın leykoz xəstəsi olduğunu açıqlamışdı


Bu iddia argentinalı jurnalist Jorje Lanata Vanda Naranın xəstəliyinin leykemiya olduğunu açıqlayanda gündəmə gəlib.


Vanda Nara ilk dəfə xəstəliklə bağlı açıqlama verib.


Sosial mediadan verdiyi açıqlamada leykoz xəstəsi olduğunu bildirən Vanda deyib: "Məndə leykoz var. Əvvəl "məndə bu xəstəlik var" deyirdim. Daha sonra "o xəstəlik" deyə bildim. İndi adı ilə deyirəm".


"Şkayət etməməyə qərar verdim"


Xəstəliyi ilə bağlı xəbərləri ilk dəfə gündəmə gətirən argentinalı jurnalist haqqında danışan Vanda Nara, "Hər həftə Fundaleudan həkimim doktor Migel Pavlovskiyə testlər göndərirəm. Mən də xəstəliyin gedişatına görə dəyişən müalicə alıram. Hər həftə nəticə almağa gedəndə nəfəsim kəsilir. Bu incə məsələdir. Məsələnin gizli qalmasına üstünlük verərdim, amma başa düşürəm. Lanatadan şikayər etməməyə qərar verdim. O, jurnalistdir. və əgər məlumat ona çatmışdısa, o bunu dərc etməli idi".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница