Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verildi
4-12-2024, 08:26
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяAzərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib.
BiG.AZ xəbər verir ki, bununla bağlı AMB məlumat yayıb.
Bildirilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
4-12-2024, 08:26
6-11-2024, 11:10
23-10-2024, 09:53
5-09-2024, 07:53
17-10-2024, 09:58
2-09-2024, 06:49
Комментариев нет