Sabah Cəbrayıla ilk köç olacaq
25-09-2024, 12:31
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться"Cəbrayıl şəhərində 33 bina, 6 məhəllə, 712 mənzillik yaşayış kompleksi artıq öz sakinlərini qəbul etməyə hazırdır".
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, Cəbrayıl şəhəri artıq köç prosesi reallaşan 9-cu təyinat ünvanıdır:

"Bu gün "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 9-cu təyinat ünvanı olan Cəbrayıl şəhərinə köç reallaşır. İlkin mərhələdə 36 ailə, 117 nəfər öz doğma yurduna - Cəbrayıla yola salınıb. 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününü artıq sakinlər öz doğma yurdlarında qeyd edəcəklər".
Qeyd edək ki, mənzillərdən səkkizi birotaqlı, 136-sı ikiotaqlı, səkkizi iki-üç otaqdan ibarət studiya tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır.
Rövşən Əsədov
25-09-2024, 12:31
15-07-2024, 07:12
13-09-2024, 12:15
16-11-2019, 12:17
22-11-2019, 14:48
6-08-2024, 10:20
Комментариев нет