Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB
7-09-2024, 11:08
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться"Təhlükəsizlik baxımından Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarına yalnız mühərriksiz və batareyasız çalışan vasitələr buraxılır".
Bu barədə baku.ws-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat katibi Sənubər Nəzərova bildirib.
O, həmçinin qeyd edib ki, qatarlarda velosiped aparılmasına da icazə verilir:
"Qatarlarımızda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz apara bilərsiniz".
Xatırladaq ki, ötən həftə baku.ws-in "Qaynar xətti"nə ADY-nin qatarına skuterlə girə bilməyən gənc şikayətlə müraciət etmişdi.
7-09-2024, 11:08
6-09-2024, 11:33
1-07-2024, 09:01
7-09-2024, 10:56
22-09-2022, 22:44
27-11-2019, 18:19
Комментариев нет