3 gün sonra ilk Super Ay görünəcək
17-08-2024, 09:35
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяBu il ən böyük Super Ay səmada oktyabrın 17-də müşahidə oluna bilər – həmin gün tam fazada Ay planetimizdən minimum məsafədə olacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Moskva Planetarium" məlumat yayıb.
Nəşr qeyd edir ki, oktyabrın 17-də saat 04:47-də Ay 2024-cü ildə Yerə ən yaxın məsafədə - öz orbitinin perigeyində 357 172 km məsafədə olacaq.
Sentyabrın 18-də səmada 2024-cü ilin ikinci ən böyük tam ayı görünəcək, lakin həmin gün Aydan Yerə olan məsafə oktyabrdakından daha çox olacaq.
Super Ay Ay və Yerin bir-birindən minimum məsafədə (perigedə) olduğu böyük tam aydır. Bu zaman Ay vizual olaraq ən uzaq nöqtəni (apogeyi) keçdiyi vaxtdan 14% daha böyük görünür.
Qeyd edək ki, əvvəlki Super Ay avqustun 19-da müşahidə edilib.
17-08-2024, 09:35
13-07-2024, 09:01
3-08-2024, 08:23
1-10-2021, 11:36
21-08-2024, 09:48
26-12-2022, 14:25
Комментариев нет