13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 28-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dir.

Dağlıq ərazilərə qar yağır, qar örtüyünün hündürlüyü Şahdağda 15, Kəlbəcərdə 5, Qax, Qusarda 2, Gədəbəy, Laçın, Xankəndi, Şuşa, Xocalı, Xınalıq, Zaqatala, Şahbuzda 1 sm-dir.

Yardımlı, Hacıqabul, Yevlax, Göyçay, Lerik, Naxçıvan, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Sumqayıtda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin qərb rayonlarında dekabrın 29-u gündüzədək, şərq rayonlarında isə 31-i səhərədək davam edəcəyi gözlənilir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница