İftar vaxtı - 27 fevral 2026: Ramazanın 9-cu günü
26-02-2026, 21:08
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil olSabahdan mart ayı gəlir. Bu ay Azərbaycanda bu il ən uzun istirahət marafonlarından biri ilə yadda qalacaq.
BAKU.WS xəbər verir ki, Novruz bayramı ilə Ramazan bayramı tarixlərinin eyni dövrə təsadüf etməsi səbəbindən ölkədə ardıcıl 11 gün iş olmayacaq.
Belə ki, 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı münasibətilə qeyri-iş günləri hesab olunur. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə düşdüyündən, qüvvədə olan Əmək Məcəlləsi-nə əsasən 25 və 26 mart tarixləri də əlavə istirahət günü olacaq.
Ramazan bayramı günlərinin 20 və 21 mart tarixlərinə təsadüf etməsi və Novruz günləri ilə üst-üstə düşməsi isə 27 və 30 mart tarixlərinin də qeyri-iş günü elan edilməsinə səbəb olur. 28 və 29 mart tarixləri isə həftəsonuna düşür.
Bununla da 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü sayılacaq.
Nəticədə mart ayında ümumilikdə 17 gün iş olmayacaq.
26-02-2026, 21:08
Сегодня, 21:39
Сегодня, 21:43
25-01-2026, 10:03
25-01-2026, 15:40