Bəzi rayonlara qar yağacaq - Yollar buz bağlayacaq
25-01-2026, 10:03
Materialları qiymətləndirmək, yazılar yaratmaq və şərhlər yazmaq üçün daxil olun və ya qeydiyyatdan keçin.
Daxil olÖlkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib və bir sıra rayonlara qar yağıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarından etibarən bölgədə hava temperaturu bəzi ərazilərdə +1 dərəcəyə, bəzi yerlərdə isə -1 və daha aşağı həddə enib. Axşam saatlarında yağan yağış gecə saatlarından qara çevrilib.
Hazırda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında qar yağışı davam edir. Düzənlik ərazilərdə qar örtüyünün qalınlığı 3 sm, dağətəyi ərazilərdə isə 15 sm-dən artıqdır.
Rayonlardan daxil olan məlumata əsasən, yağıntı sosial problemlərə səbəb olmayıb. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilməsində fasilə qeydə alınmayıb.
25-01-2026, 10:03
25-01-2026, 15:40
25-01-2026, 15:38
25-01-2026, 15:39
25-01-2026, 10:06