16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Anasından Kamilə Babayevaya qadağa

Anasından Kamilə Babayevaya qadağa
"Anam zəhmli qadındır. İndiyə kimi ondan çəkinirəm. Bir gün mənə yüksək səslə söylədi ki, Kamilə, bir də heç kimə yaşını demə. Bu, yaxşı deyil. Dedim yaxşı, bundan sonra demərəm. Bundan sonra yaşımı gizlədirəm, söyləmirəm. Sonradan anladım ki, söhbət məndən yox, anamın öz yaşından gedir".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Həmin Zaur" proqramında deyib. O, ailəsindən, anasının ona qoyduğu qadağadan danışıb:
"Ailədə tək uşağam. Ərköyün övlad olmadım. İş elə gətirdi ki, ərköyünlüyə vaxtım olmadı. Anam ziyalıdır. O, illərlə "Din-tarixi muzeyi"nin direktoru olub. Tarix fakültəsini bitirib. Hədsiz dərəcədə rəngli və çox maraqlı qadındır. Rəfiqələrim hər zaman ürəkdən arzu edirlər ki, anam da bizlə bir yerdə olsun. Atam isə məhkəmə tibb eksperti olub. Amma o çox cavan yaşlarından dünyasını dəyişib. Anam məni nənəmlə birgə böyüdüb".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница