Воскресенье
сен 02

İlham Əliyev: Azərbaycanda rus mədəniyyətinə çox qayğı ilə yanaşırlar

İlham Əliyev: Azərbaycanda rus mədəniyyətinə çox qayğı ilə yanaşırlar


Bizim müzakirəmizdə humanitar sahədə əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyəti, rus dilinə, bizim xalqlarımızı birləşdirən və əsrlər boyunca xalqlarımızı birləşdirmiş hər bir şeyə çox diqqətlə yanaşırlar.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında bildirib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycanda rus dilində tədris keçilən 340-dan artıq məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

“Biz bu gün humanitar sahədə, təhsil sahəsində, mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzrə gələcək addımları müzakirə etdik və o cümlədən də idman sahəsində imzalanan sənədlər ölkələrimiz və xalqlarımızı daha çox yaxınlaşdıracaq.

Başqa sözlə, ölkələrimiz arasında münasibətlər hərtərəfli, tərəfdaş, dost, mehriban qonşuluq münasibətləridir, mehriban dostlar və qonşular arasında olmalı olan münasibətlərdir”, - deyə, AR Prezidenti bəyan edib.

Комментарии (0)

Оставить комментарий