Понедельник
апр 13

6 aylıq körpə koronavirusa yoluxdu

6 aylıq körpə koronavirusa yoluxdu


İngiltərədə 6 aylıq körpə koronavirusa yoluxdu.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ürək çatışmazlığı ilə doğulan və oksigen aparatı ilə həyatda qalan 6 aylıq körpə koronavirusa yoluxub.

Körpənin valideynləri 29 yaşlı Emma Bates və 32 yaşlı Vayne Bates görüntülü zəng vasitəsi ilə övladlarını görə bilirlər.

Körpənin valideynləri sosial şəbəkə vasitəsilə insanlara müraciət edib: "Təəssüf ki, vətəndaşlarımız bu xəstəliyi diqqətə almır. Qızımızı bu xəstəlikdən itirə bilmərik. Çünki o, çox mübarizə apardı. Bizim ona ehtiyacımız var. Körpəmiz ailəmizi tamamlayır"

Комментарии (0)

Оставить комментарий