Новость из категории: Sağlam ol / koronavirus

Koronavirusa qalib gələn 95 yaşlı qadın: "Ölümdən qorxmurdum"

Koronavirusa qalib gələn 95 yaşlı qadın: "Ölümdən qorxmurdum"


Koronavirusa qalib gələn 95 yaşlı isveçrəli Gertruda Fatton virusun müalicə tarixçəsini danışıb.

“Newshub” xəbər verir ki, İsveçrənin Le Lokl şəhərinin sakini bir həftə ərzində virusdan əziyyət çəksə də, tənəffüs yolunda yaranan narahatlıqdan sonra həkimlərə müraciət edib. Qadının yaşadığı mənzilə gələn təcili tibbi yardım xidmətinin işçiləri onu xəstəxanaya aparıblar.

95 yaşlı qadın bildirib ki, ondan qan analizi alınıb və təzyiqi ölçülüb:

“Özümü ağır hiss etsəm də, ümumilikdə, xəstəlik dözüləsi idi. Ölümdən qorxmurdum”.

Bir həftə reanimasiya şöbəsində qalan qadın antibiotiklər və malyariyaya qarşı xloroxin preparatının köməyi ilə xəstəliyə qalib gəlib.

Son rəqəmlərə əsasən, İsveçrədə 300 nəfər COVID-19 infeksiyasının qurbanı olub.

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив