16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ağızda acı dad - SƏBƏBLƏRİ

Ağızda acı dad - SƏBƏBLƏRİ
Ağızda acı dad - SƏBƏBLƏRİ


Bu problemlə bir çox insanlarda rast gəlinir. Bu xoşagəlməz halın səbəbləri arasında:

- Bəzi dərman preparatların qəbulu (antibakterial preparatlar, arterial təzyiqi normallaşdıran prepartalar, qalxanvari vəzi hormonları, çəkərli diabet zamanı istifadə edilən preparatlar və s.).

- Sinir sistemi pozulmaları. Periferik sinirlərdə pozulmalar dadbilmənin dəyişilməsinə səbəb ola bilər (o cümlədən, ağızda acı dad hiss oluna bilər).

- Stomatoloji problemlər (karies, damaqların xəstəlikləri və s.).

- LOR orqanlarının xəstəlikləri (zökəm, haymorit və s.).

- Qanda şəkərin səviyyəsinin artması. Bu insanda şəkərli diabetin inkişafından xəbər verə bilər. Endokrinoloqa müraciət etmək lazımdır.

- Qalxanvari vəzi fəaliyyətində pozulmalar da ağızda acı dadın əmələ gəlməsinə səbəb ola bilər.

- Hamiləlik zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir. Bu isə qadında ürəkbulanmasına, qusmaya, ağızda acı dadın əmələ gəlməsinə səbəb ola bilər.

- Qida borusunu ilə mədənin arasında xüsusi qapaq var. Bu qapaq qidanı mədədən geriyə qida borusuna düşməyə mane olur. Lakin bəzi xəstəliklər zamanı bu qapaq zəifləyir və mədədə olan qidanın və mədə şirəsinin bir hissəsi qida borusuna düşür. Buna reflyüks deyilir. Bu isə qıcqırmaya, ağızda acı dada səbəb olur. Bu kifayət qədər təhlükəli haldır. Mədədən qida borusuna düşən kütlə onun divarlarını yandırır və burada eroziyaların və yaraların əmələ gəlməsinə səbəb olur.

- Öd kisəsi xəstəlikləri, qara ciyərin fəaliyyətinin pozulmaları ağızda acı dadın olmasına səbəb ola bilər.

- Mədə fəaliyyətinin pozulması özünü ağızda acı dad, mədə nahiyəsində diskomfort, köp, iştahanın azalması kimi simptomlarla büruzə verə bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница