16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bir çürük diş görün sağlamlığımıza necə ziyan vurur!

Bir çürük diş görün sağlamlığımıza necə ziyan vurur!
Ağızda çürük dişlərin olması tək kosmetik defekt deyil.
Çürük dişlərdə patoloji mikroblar (stafilokokklar, streptokokklar) sürətlə çoxalır və sonra qan axını ilə bütün orqanizm boyu yayılır ki, bunun nəticəsində insanda çox ciddi pozulmalar inkişaf edə bilər.
Araşdırmalar göstərir ki, çürük dişlər mədə-bağırsaq sistemində ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.
Çürük dişlər limfa düyünlərinin iltihabına (limfadenit) gətirib çıxarda bilər.
Çürük diş xroniki iltihab ocağıdır. Belə xroniki iltihab ocaqları immun sistemini zəiflədir.
Çürük dişlərdə olan mikroblar yaxında yerləşən badamcıqlara düşə bilər ki, bunun nəticəsində insanda tonzillit (angina) inkişaf edir. Bu səbəbdən xroniki tonzillitdən əziyyət çəkənlər dişlərin sağlamlığına ciddi fikir verməlidir.
Çürük dişlərdən mikroblar müxtəlif orqanlara, o cümlədən ürəyə düşə bilər. Bu isə endokarditin (ürəyin daxili qişasının iltihabı) inkişafına səbəb ola bilər. Bu çox təhlükəli xəstəlikdir. Endokardit xəstənin həlak olmasına səbəb ola bilər.
Yeni araşdırmalar göstərib ki, çürük dişlər baş və boyun şişlərinin riskini artırır.
Alimlərin fikirinə görə, çürük dişlər sümük və oynaqların sağlamlığına ciddi ziyan vurur, oynaqlarda iltihabların inkişafına gətirib çıxardır.
Yaxınlarda Amerika alimləri çox maraqlı araşdırma aparıblar. Onlar ağızda çürük dişlərin olması ilə saçların tökülməsininin əlaqəsini araşdırıblar. Məlum olub ki, ağızda çürük dişlərin olması saç tökülməsinə səbəb ola bilər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница