09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Sənubər İsgəndərli TƏBİB-ə səsləndi

Sənubər İsgəndərli TƏBİB-ə səsləndi


"Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur".

BiG.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək, teatrların açılmasını istəyib:

"Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm TƏBİB bunları nəzərə alacaq".

S.İsgəndərli daha sonra bildirib ki, TƏBİB onunla əlaqə saxlayıb, bu məsələlərə Operativ Qərargahın baxdığını deyib:

"TƏBİB-in mətbuat xidmətindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğulug. Qapanma və digər tədbirlər operativ qərargahın səlahiyyətindədir. Nə deyirəm? Ümid edək ki, Operativ Qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər"./Axşam.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница