13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Alimlər limondan ilhamlanaraq torpaqda parçalanan elastik batareya hazırlayıblar

Alimlər limondan ilhamlanaraq torpaqda parçalanan elastik batareya hazırlayıblar

Kanadanın MakGill Universitetinin tədqiqatçıları ətraf mühitə zərər verməyən, istifadədən sonra torpaqda təbii şəkildə parçalanan yeni növ batareya yaradıb. Layihənin ideyası məktəbdə edilən klassik "limonla elektrik əldə etmə" təcrübəsindən doğub. 


BAKU.WS xəbər verir ki, yeni batareyada elektrolit kimi jelatin, elektrod kimi isə magnezium və molibden istifadə olunub. Bu materiallar təhlükəsizdir və təbii şəkildə parçalanır. Lakin magneziumun səthində işə mane olan nazik təbəqə yarandığı üçün mühəndislər elektrolitin tərkibinə limon və süd turşuları əlavə ediblər. Bu turşular həmin təbəqəni əridərək batareyanın gərginliyini artırıb və xidmət müddətini uzadıb.

Tədqiqatçılar daha sonra batareyanın gövdəsinə xüsusi kəsiklər tətbiq edərək onun elastikliyini artırıblar. Nəticədə batareya öz uzunluğunun 80 faizi qədər uzana bilir və güc itirmir. Sınaq üçün 1×1 sm ölçüdə miniatür sensor hazırlanıb və yeni batareya onu AA tipli batareyaya yaxın güclə enerji ilə təmin edib.

İstifadədən sonra batareya duzlu məhlula yerləşdirilib və cəmi iki ay ərzində jelatin elektroliti ilə magnezium elektrodu tamamilə parçalanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница