16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Körpənin saçını qırxmaq olar?

Körpənin saçını qırxmaq olar?
Körpələr bir qədər böyüyəndən sonra saçlarını dibdən qırxmaq ənənəsi var. Bu ənənə uzun illərdir ki, yaşayır. Bu, həm də dibdən kəsiləndən sonra tüklərin daha canlı olacağı, daha çox uzanacağı mənasına gəlir. Mütəxəssislər isə hesab edir ki, bu, düzgün yanaşma deyil və elmi-tibbi baxımdan izahı yoxdur.
Lent.az xəbər verir ki, "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məlumatı təqdim edir:
Sağlamlıq baxımından, körpənin saçını qırxmağa ehtiyac yoxdur. Saçın qırxılması saçın tez uzanmasına, gur olmasına təsir etmir. El arasında belə bir inanc olsa da, əslində elmi olaraq bu, sübut olunmayıb. Çünki saç folikulu (saçın kökünü əhatə edən quruluş) körpə ana bətnində olarkən formalaşmış olur.
Əgər saç çox uzun olarsa və hansısa formada uşağa mane olursa, o zaman 7 həftədən sonra qayçı ilə saçı qısaltmaq olar (saç dibdən qırxılmamalıdır).
Ülgüc yaxud saçkəsən aparatdan istifadə tövsiyə olunmur, çünki uşağın həssas dərisinə zərər verə bilər. İstifadə olunan qayçının isə ucları iti olmamalı və saç ehtiyatla kəsilməlidir.
Tövsiyə olunur ki, uşağın qorxmaması üçün ilk saç kəsimi ev şəraitində olsun.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница