09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Ekspert: "Hurjet"in ilk alıcısı Azərbaycan olacaq

Ekspert: "Hurjet"in ilk alıcısı Azərbaycan olacaq
Ekspert: "Hurjet"in ilk alıcısı Azərbaycan olacaq


Türkiyənin yeni SOM raket kompleksinin ilk dəfə Azərbaycan ordusunun silahlanmasına daxil olması onu deməyə əsas verir ki, Ankara bütün müasir hərbi texnikaları məhz Bakıya idxal edəcək.

MAY.AZ xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov Türkiyədə “Hurjet” təlim təyyarəsinin maketinin nümayişini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, beşinci nəsil qırıcı təyyarələrdə uçuş təhsili üçün müasir təlim təyyarəsidir:

“Manevr qabiliyyəti, elektro-optik sistemi, hədəfin məhvedilmə məsafəsi yaxşılaşdırılıb. Təyyarə pilotu günün istənilən vaxtı raket hücumu barədə xəbərdar edən, zenit topların yerini müəyyən edən naviqasiya sistemi ilə təchiz edilib”.

Ekspert qeyd edib ki, belə yüksək nailiyyətə görə türk həmkarları təbrik etmək olar.

“Bu il Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri planlaşdırılır. Bütün bunlar ondan xəbər verir ki, türk tərəfi Azərbaycan ordusunun modernləşdirilməsi üçün böyük plana sahibdir. İstisna deyil ki, “Hurjet” təyyarələrinin ilk partiyası da Bakıya göndəriləcək”, - müsahibimiz qeyd edib.

Xatırladaq ki, Türkiyə ilk dəfə “Hurjet” reaktiv təlim təyyarəsinin maketini təqdim edib.

Qırıcının təqdimatı 2018-ci il iyulun 16-da Beynəlxalq aviaşouda baş tutub.

“Hurjet” 5-ci nəsil təlim təyyarələrinin yaradılması məqsədilə hazırlanıb.

“Hurjet”in uzunluğu 13,4 metr, qanadlarının ölçüsü 11 metrdir. Qırıcı 3 000 kiloqram yüklə 45 min fut hündürlüyə qalxa və maksimum saatda 1 500 kilometr məsafə qət edə bilər.

Təyyarələrin hazırlanması 2022-ci ildə başa çatmalıdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница