16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
Yol polisindən sürücülərə xəbərdarlıq


Son günlər ölkədə hava şəraiti xeyli soyuq keçir. Ölkənin bəzi yerlərində şaxta müşahidə edilir, Bakıda da havanın temperaturu 1-2 dərəcəyədək enib. Baş Dövlət Yol Polisi İdarəsi havaların şaxtalı keçməsi ilə bağlı sürücülərə müraciət edib.

May.Az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sürücülər qışa hazırlıq görməlidir və avtomobillərinin texniki sazlığını hərtərəfli yoxlamalıdırlar: "Xüsusi ilə dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qarlı-çiskinli keçməsi axşamlar yolların səthinin buz bağlaması ilə nəticələnir. Həmin ərazilərdən keçən sürücülər xüsusi ilə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, qış şinləri ilə təmin olunmamış avtomobillərdən həmin ərazilərdə istifadə etməsinlər".

K.Əliyev bildirib ki, hazırda hava şəraiti ilə bağlı hər hansı yolda narahatlıq yoxdur: "Şamaxı, İsmayıllı, Kürdəmir, Qusar zonalarında xırda qar yağır. Yollarda qar yoxdur və hərəkət normaldır. Balakən-Zaqatala istiqamətində bir qədər çiskin var. Ümumilikdə isə sürücülər axşam saatlarında yolun yaş hissəsinin buzlaşa biləcəyini nəzərə alaraq buna uyğun sürət həddi seçməlidirlər. Əsasən, səhərlər sürücülər körpülərin üzərində problem yaşayırlar. Körpülər daha tez buzlaşdığından və daha gec burada buz əridiyindən sürücülər ehtiyatlı olmalıdırlar. Adətən körpünün üzərində yolun buz bağladığını görən sürücülər əyləci basırlar və bu zaman nəqliyyat vasitəsi idarəedilməz vəziyyətə gəlir. Çalışmaq lazımdır ki, yolun buz bağlamış hissəsində ümumiyyətlə əyləcdən istifadə edilməsin".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница