16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama

Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama
Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama

Bəzi saytlarda, həmçinin sosial şəbəkədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evində vəfat etməsi barədə xəbər yayılıb.

Keçmiş nazirin ölüm səbəbi kimi ürək tutması göstərilir. Bildirilir ki, Mahmudovun Bakı ərazisindəki bağ evinə təcili yardım çağırılıbmış.

"Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş naziri xilas etmək mümkün olmayıb", deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Sputnik Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib.
"Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb", deyə Nağıyev bildirib.

Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.

"Əgər bu qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib", deyə Birlikdən bildiriblər.

Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də Azərbaycan prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad olunub. Nazirliyin hazırda işdən azad olunmuş bir çox əməkdaşları barəsində isə cinayət işi başlanılıb.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница