Новость - Bu gün Ümumdünya Su Günü kimi qeyd edilir
Bu gün Ümumdünya Su Günü kimi qeyd edilir



Hər il martın 22-də Ümumdünya Su Resursları Günü və ya Ümumdünya Su Günü qeyd olunur.

Oxu.Az xatırladır ki, bu günün keçirilməsi ideyası ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) səsləndirilib.

BMT Baş Assambleyası 1993-cü il fevralın 22-də qətnamə qəbul edərək martın 22-ni Ümumdünya Su Günü elan edib. Bu günün məqsədi əhalinin içməli su ilə təminatı probleminin həlli üçün müvafiq tədbirlər görülməsinə kömək etmək, şirin su ehtiyatlarının və bütövlükdə su ehtiyatlarının mühafizəsi və mühafizəsinin vacibliyi barədə ictimaiyyəti məlumatlandırmaq, Ümumdünya Su Gününün qeyd olunmasına hökumətləri, beynəlxalq agentlikləri, qeyri-hökumət təşkilatlarını və özəl sektoru cəlb etməkdir.

Hər il suyun keyfiyyətinin pis olması səbəbindən 1,4 milyon insan həyatını itirir. Yer səthinin 70 faizi su ilə örtülsə də, su ehtiyatlarının 97,5 faizi duzludur. Qalan 2,5 faiz şirin suyun, demək olar ki, 68,7 faizi buzlaqların payına düşür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insanların istifadəsi üçün mövcuddur. Bu gün dünya əhalisinin 2,2 milyardı təhlükəsiz suya çıxışı yoxdur.

Yer üzərində yaşayan insanların hər biri gün ərzində 2-4 litr su içir, bundan daha çox içməli su isə istehlak olunan kənd təsərrüfatı məhsullarına sərf olunur. Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir.

Azərbaycanın mövcud su ehtiyatlarına gəldikdə isə 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan dünyada 140-cı yerdə qərarlaşıb. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8359 çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 40 çayın uzunluğu 51-100, 107 çayın uzunluğu isə 26-50 kilometr arasındadır.

Yerüstü su ehtiyatlarımızın 70 faizi iri tranzit çaylarla Kür, Araz, Qanıx, Samur çayı ilə daxil olan su ehtiyatlarıdır. Əsas su arteriyalarımız olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində yüksək dərəcədə çirklənməyə məruz qalır.

Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.
Комментарии 0
Пока нет комментариев
Извините, для вас комментирование недоступно
Назад