"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA
Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula-1" yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə iddia ilə "Formula-1"i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.
O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.
Bakı Şəhər Halqasının mətbuat xidmətindən bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:
"Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və "Formula-1" təqviminə uyğun keçirilməsi nəzərdə tutulur".
Qeyd edək ki, "Formula-1" təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.