08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Azərbaycanlı müğənni həbsxanada evlənməyindən danışdı

Azərbaycanlı müğənni həbsxanada evlənməyindən danışdı

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Ölkə.az xəbər verir ki, verilişin qonağı müğənni Amina Şirinqızıdır. Müğənni toyunun zindanda olmasından bəhs edib: "Toyumun zindanda olması insanları təəccübləndirir. Deyirlər ki, gör qız necə sevibsə, gedib zindanda ailə həyatı qurub. Amma bu mənim üçün tamamilə normaldır. Əgər onu gözləməli olsaydım, bu, 7 ilimi alacaqdı. O təklif etdi, mən də sevərək təklifini qəbul etdim. Yenə olsaydı, təkrar eyni addımı atardım".

Müğənninin sözlərinə görə, atası onun sənətçi olmasına razı olmayıb:

"14 yaşımda Ənvər Sadıqov atama demişdi ki, vaxt gələcək, bu qızın sənətinə həsəd aparacaqlar, qoy, oxusun. Amma atam bununla razılaşmırdı, deyirdi ki, oxusam, ailəm olmayacaq. Lakin onun sözünə qarşı gələrək müğənni oldum və indi özü mənə dəstək olur. Bu sənətə ehtiyac səbəbindən gəlməmişəm. Hər kəs bilir ki, maddi cəhətdən problem yaşayanda atam mənim üçün onları həll edib. Əgər bu sənətə qazanc gözü ilə baxsaydım, hazırda təqdim etdiyim mahnıların yerinə başqa şeylər oxuyardım. Bu səbəbdən heç kimin sözünün təsiri ilə sənətimdən getmərəm".

Ətraflı Baku TV-nin süjetində:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница