Türkiyənin Bursa şəhərinin sakini həyat yoldaşından boşandığını qeyri ad üsulla qeyd edib. BiG.AZ xəbər verir ki, o, avtomobilini gəlin maşını kimi bəzədib. Ancaq, sakin bu dəfə “evlənirəm” sözünün əvəzinə “boşanıram” deyə yazdırıb.
Göygöldə ölümlə nəticələnən avtomobil qəzası baş verib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Balçılı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
İtkin düşən məktəbli ilə bağlı - Rəsmi açıqlama Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu itkin düşən məktəbli ilə bağlı birgə məlumat yayıb. BiG.AZ xəbər verir ki, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib: "Aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il
“Xəzər" telekanalında Bədii Şura yaranıb. BiG.AZ-ın ölkə.az-a istinadən əldə etdiyi məlumata görə, Bədii Şuraya xalq artisti Nazpəri Dostəliyeva, xalq yazıçısı Elmira Axundova, bəstəkar Novruz Aslan, millət vəkili Siyavuş Novruzov, xalq artisti Həmidə Ömərova, kinoşünas Ayaz Salayev, kulturoloq Fuad Məmmədov, telejurnalist Həmid Herisçi üzv seçiliblər. Qeyd edək ki, bu gün Bədii Şuranın ilk
“Real” İspaniya çempionatının növbəti mövsümünə xüsusi köklənib. Bu mövsümdə heç bir titul gözlənilmir. Bizimyol.info xəbər verir ki, “Real” “Çelsi”nin lideri Eden Azarı İspaniyaya gətirməkdə israrlıdır. Amma İngiltərədən başqa futbolçu da gələ bilər. “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın da yayda “Real”a keçməsi mümkündür. “Real”ın baş məşqçisi Zinəddin Zidan Poqbanı öz
"Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb. Jurnalistlərlə görüş zamanı Rəhimov bildirib ki, "Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək: "Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün
Xəzər Televiziyasında da Bədii Şura yaradılıb. Artıq dünən şuranın ilk iclası keçirilib. Məlumata görə, Xəzər Televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada ümumilikdə 12 nəfər təmsil olunur. Şurada millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, Əməkdar İncəsənət xadimi, kinorejissor Ayaz Salayev, yazıçı-publisist Həmid
Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur. BiG.AZ trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Azərbaycan neftinin bahalaşması beynəlxalq valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir: "Azərbaycanda makroiqtisadi vəziyyət
Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq. Mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür. MAY.AZ xəbər verir ki, Ramazan bayramı Azərbaycanda iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. May.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başlandığını qeyd edib. Görüşdə tərəflər
Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiyaya səfər edəcək. May.az xəbər verir ki, səfər çərçivəsində Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Qeyd edilir ki, KXDR liderinin səfəri Vladimir Putinin dəvəti əsasında baş tutacaq. Görüşün vaxtı və yeri barədə məlumat verilmir. (Trend)
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı yayımlandı - FOTO - VİDEO İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək “Avrovizya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb. Rakus.az xəbər verir ki, “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı bir dəqiqə qırx üç saniyəlik (01:43) videoçarx Azərbaycan və İsrail dostluğu ilə