16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

33 yaşlı həkimin intiharı ilə bağlı yeni xəbər

33 yaşlı həkimin intiharı ilə bağlı yeni xəbər
İki gün əvvəl Bakının Binə qəsəbəsində Milli Onkologiya Mərkəzinin həkimi, 33 yaşlı Rüstəm Maqsudovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. 
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, həyət evində qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirən həkim hadisə vaxtı əlavə olaraq çoxsaylı dərman həblərini qarışdıraraq içibmiş. 
Onun bu yolla ölümünü tezləşdirmək istədiyi ehtimal edilir.
O da məlum olub ki, R.Maqsudov ötən il ailə qurub. Lakin onun izdivacı uğursuz olub və 3 ay sonra boşanıb. Paytaxtın Xətai rayonunda evi olan R.Maqsudovun vaxtaşırı Binədəki evə gedərək orada istirahət etdiyi bildirilir. Hadisədən sonra evdən onun vəsiyyətnaməsi tapılıb.
33 yaşlı həkim məktubunda ölümünüdə heç kimin günahkar olmadığını qeyd edib. O, şəxsi avtomobilini qardaşına bağışladığını da qeyd edib. 
Xatırladaq ki, R.Maqsudov Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib, ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. O, intihar etməzdən 1 gün əvvəl işdə olub və günü normal keçirib. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница