Понедельник
сен 19

Emin Ağalarov yeni sevgilisi ilə fotosunu paylaşdı

Emin Ağalarov yeni sevgilisi ilə fotosunu paylaşdı


Xarizmatik iş adamı və müğənni Emin Ağalarov yeni sevgilisi Alyona Qavrilova ilə fotosunu paylaşıb.

May.Az-in məlumatına görə, müğənni özü şəxsi Instagram hesabında şəkil paylaşıb. Emin Ağalarovun sevgilisi "Miss Moldova – 2004”ün qalibi, model Alyona Qavrilovadır.

Fotodan göründüyü kimi sevgilisi Ağalarovu yanağından öpür. Eminin sevgilisi ilə paylaşdığı şəkil sevənləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Alyona Qavrilova "Russkiy Standart”ın sahibi Rüstəm Tarikin həyat yoldaşı olub. 9 yaşlı oğlu var.

Комментарии (0)

Оставить комментарий