18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?
Aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 9-13° isti, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti, axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° aşağı enəcək.


Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında gündüz şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница