Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollar açılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. O bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb. Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib. Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub: - Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı; - Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli; - Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı.