16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dünyanı ən çox zibilləyən "COCA-COLA" şirkətidir - Alimlər

Dünyanı ən çox zibilləyən "COCA-COLA" şirkətidir - Alimlər
Dünyanı ən çox zibilləyən "COCA-COLA" şirkətidir - Alimlər


Artıq ikinci ildir ki, "Coca-Cola" dünyada ən çox plastik tullantı istehsal edən şirkətlərin siyahısının başındadır.

MAY.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The İntercept" qəzeti yazır.

"Break Free from Plastic" ekoloji şirkəti bütün dünya küçə və çimərliklərində kütləvi təmizlik aparıb.

Aksiyada dörd qitədəki 37 ölkədən 72 min könüllü iştirak edib. Onlar ümumilikdə 475 min müxtəlif növ plastik tullantı toplayıblar. Onların yarısının mənşəyi naməlumdur. Lakin məlum olanlar arasında ən çox "Coca-Cola" butulkalarıdır - 11 732 ədəd.

Planeti ən çox çirkləndirən şirkətlər arasında ilk beşliyə "Nestle","PepsiCo", "Mondelez Internationa" və "Unilever" şirkətləri də daxildir.

Ümumilikdə atılan qabların üzərində 8000 fərqli brendin adı olub.

Qeyd olunur ki, dünyanın müxtəlif yerlərində "anti-reytinq" fərqlidir. Məsələn "Coca-Cola" Avropa və Afrikada birincidir, Asiya və Cənubi Amerikada ikinci, Şimali Amerika qitəsində isə beşinci yerdədir. Burada "Nestle", "Solo Cup Company" və "Starbucks" liderlik edir.

Əlavə etmək lazımdır ki, "Coca-Cola" şirkəti bu vəziyyətdən narahat olduğunu bildirib. Bununla bağlı hətta istifadə olunmuş butulkalar üçün bu yaxınlarda Vyetnamda təkrar emal zavodu işə salınıb.

Natəvan Baxşiyeva

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница