16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Əfsanəvi amerikalı müğənni vəfat etdi

Əfsanəvi amerikalı müğənni vəfat etdi

ABŞ-li kantri müğənnisi və aktyoru, "Qremmi" və "Qızıl qlobus" mükafatlarının sahibi Kris Kristofferson 88 yaşında vəfat edib.

Bu barədə Oxu.Az BBC.com-a istinadən xəbər verir.

22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson "Sunday Morning Coming Down", "Me And Bobby McGee", "Help Me Make It Through The Night" və başqa bu kimi hitləri ilə tanınır.

O, onilliklər ərzində solo ifa edib, 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə "The Highwaymen" superqrupunu yaradıb.

Kristofferson həmçinin böyük ekranda da görünüb və 1976-cı ildə ekranlara çıxan və 1937-ci ildə çəkilmiş eyniadlı filmin remeyki olan "Ulduz doğuldu" filmində Barbara Streyzandla birlikdə rol alıb. Bu rola görə o, "Qızıl qlobus" mükafatına layiq görülüb.

Musiqiçi, həmçinin 1972-ci, 1974-cü və 1975-ci illərdə üç dəfə "Qremmi" mükafatı qazanıb, 2004-cü ildə isə "Country Music Hall of Fame"in (Kantri musiqisinin şöhrət zalı) üzvü olub.

Əfsanəvi amerikalı müğənni vəfat etdi



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница