Среда
ноя 09

Mark Zukerberq 11 mindən çox əməkdaşı işdən çıxardı

"Meta" şirkəti işçi heyətinin 13 faizini itirəcək. Bu da 11 mindən çox insanın şirkətdən uzaqlaşdırılması deməkdir.
BiG.AZ xəbər verir ki, bu barədə "CNBC" şirkətin rəhbəri Mark Zukerberqin məktubuna istinadən məlumat verir.
"Bu gün mən sizə "Meta"nın tarixində ən çətin qərarlardan birini çatdıracam. Mən komandamızı təxminən 13 faiz azaldaraq 11 mindən çox istedadlı əməkdaşlarımızı ixtisara salmağa qərar verdim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulun dondurulma müddətini uzatmaqla daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacayıq" - deyə Zukerberq açıqlayıb.
Nəşrin məlumatına görə, kütləvi işçi ixtisarının səbəbi "Meta"nın gəlirlərinin azalması olub. Şirkət rəhbərliyi pis göstəricilərə görə məsuliyyəti öz üzərinə götürüb.
Bildirilib ki, ixtisara düşmüş işçilər 16 həftə ödənişli məzuniyyət və bundan əlavə şirkətdə işlədikləri hər ilə görə əlavə iki həftə veriləcək. Tibbi sığorta isə onlar üçün daha yarımil əlçatan olacaq.
Nuranə

Комментарии (0)

Оставить комментарий