ABŞ-da benzinin qiyməti rekord həddə çatdı
11.06.2022 319 0 Admin

ABŞ-da benzinin qiyməti rekord həddə çatdı

---
В закладки
ABŞ-da bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları keçərək, rekord həddə çatıb.
Bunu ölkədəki 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının məlumatları sübut edir.
Şənbə günü "Regular" benzinin (AI-92) bir qallonunun qiyməti ABŞ-da 5,004 dollara qalxıb. Cümə günü bu rəqəm 4,986 dollar, Co Baydenin ABŞ prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə isə 2,39 dollar olub.
Ölkədə ən yüksək benzin qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında müəyyən edilir. Orada sürücülər indi orta hesabla hər qallon üçün 6,42 dollar ödəyirlər.
ABŞ-da pərakəndə benzin qiymətlərində güclü artım qışın sonunda başlayıb, maksimum göstəricilər silsiləsi ardıcıl dördüncü həftədir yenilənir.(oxu.az)
Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
İranda kvotadan artıq satılan benzin üç dəfə bahalaşdı
İran 15 noyabrdan pərakəndə satılan benzinə kvota tətbiq edib. Eyni zamanda, bildirilir ki, kvotadan artıq satılan benzinin qiyməti üç dəfədən artıq bahalaşıb. Məlumatı
İranda benzin üsyanı: ölənlərin sayı 25-i keçdi, Xamneyinin heykəli aşırıldı
İrana benzinin kəskin bahalaşmasına etiraz olaraq ötən günü cümə axşamından başlayan və bütün ölkəni bürüyən kütləvi nümayişlər təhlükəsizlik qüvvələr ilə toqquşmalarla

Войти через: