Понедельник
авг 15

Azərbaycanda dəhşətli olay: kişi arvadını, qaynını və qaynatasını bıçaqladı

Azərbaycanda dəhşətli olay: kişi arvadını, qaynını və qaynatasını bıçaqladı


Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

May.Az APA-ya istinadən xəbər verir ki, bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958-ci il tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu, 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı, 1991-ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz Rayon Polis Şöbәsindәn verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxlanılıb. Onun Y. Mәmmәdrәsulovanın hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

Комментарии (0)

Оставить комментарий