Пятница
мар 31

"Ermənilərin varlığı hər bir xalqa və dövlətə təhdiddir"

"31 Mart soyqırımı məlum olduğu kimi, 105 il əvvəl Azərbaycan xalqına qarşı törədilib. Həmin soyqırımın əslində fəlsəfəsi ondan ibarət idi ki, azərbaycanlıları, dövlətçiliyini məhv etmək və ermənilərin Gəncədə, Bakıda, bütün şəhər və rayonlarda gələcəkdə böyük Ermənistan dövlətinin əsasını qoymaq idi. Amma tarix göstərdi ki, onlar bunu bacarmadılar".
Bunu BiG.AZ-a açıqlamasında Zaur siyasi şərhçi Məmmədov erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın 105 il dönümü ilə bağlı danışarkən deyib.
O bildirib ki, ermənilər 31 Mart soyqırımında təkcə Azərbaycanlılara qarşı yox, eyni zamanda digər etnik xalqlara qarşı da qətliam törədiblər:
"Baxmayaraq ki, onların 20-ci əsrdə dəfələrlə Azərbaycana qarşı soyqırım təşkil etdilər. Amma sonda biz öz gücümüzü və qüvvətimizi onlara göstərdik. Hazırda 44 günlük Vətən müharibəsinin qalibi olmasına baxmayaraq, əlbəttə ki, biz 31 Mart soyqırımını, Xocalı sıyqırımını unutmamalıyıq. Və gənc nəsillər mütləq şəkildə ermənilərin iç üzünü, simasını hər zaman yaxşı bilməlidirlər. Onlar elə bir xalqdır ki, müəyyən müddətdə öz əsl niyyətlərini gizlədə bilərlər və daha sonra münaqişəyə başlaya bilərlər. Onların gələcəkdə azərbaycanlılar üzərində bu cür hadisələr təkrarlanmasın deyə gənclərə, xüsusilə bu sahədə məlumatlar verilməlidir və dövlət səviyyəsində də informasiya təbliğatı getməlidir. Hazırda əlbəttə ki, Azərbaycanın həm dövlət, həm də qeyri-hökümət təşkilatları, ümumiyyətlə hər kəsin qarşısında duran ən əsas məsələ ermənilərin azərbaycanlılara qarşı fəaliyyətinin ifşa edilməsidir. Bəlli məsələdir ki, hazırda Nikol Paşinyan və Ermənistan höküməti Azərbaycanın Qarabağdakı ermənilərə soyqırım törətmək, Azərbaycana qarşı ciddi şəkildə etnik təmizləmə ilə bağlı təbilğat aparır. Ermənilər bu təbliğat vasitəsilə müəyyən məqsədlərə çatıb. Hərçənd bunların heç birisi olmadı.
Xüsusilə vurğulamaq istəyirəm ki, 31 Mart soyqırımında təkcə Azərbaycanlılara qarşı yox, eyni zamanda digər etnik xalqlara qarşı da soyqırım, qətliam törədilmişdir. Ermənilər Azərbaycan ərazisində monoetnik öz dövlətlərini yatamaq istəyirdilər. Bu da bunun bir sübutudur. Həmin hadisə bir daha onu göstərdi ki, ermənilər bəşəriyyətə bir təhdiddirlər və onların Cənubi Qafqazda varlığı, onların dövlətçi olması Cənubi Qafqazda hər bir xalqa və dövlətə təhdiddir".
Qeyd edək ki, ermənilər tərəfindən 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Nuranə

Комментарии (0)

Оставить комментарий