Bu il ölkədə ümumi daxili məhsul istehsalının həcmi açıqlanıb
17-10-2021, 17:34
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяBu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9%, qeyri neft-qaz sektorunda isə 7,1% artıb.
ÜDM istehsalının 37,1%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 103 manat olub.
17-10-2021, 17:34
18-09-2016, 00:46
13-12-2017, 19:20
30-10-2022, 11:20
25-11-2023, 15:18
15-11-2019, 20:23
Комментариев нет