"Mercedes" yubiley şərəfinə ən güclü idman avtomobilini hazırlayıb
19-08-2024, 08:33
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяBu həftə sonu keçiriləcək "Formula-1" Sinqapur Qran-prisi ərəfəsində "Mercedes-Benz" məhdud buraxılışlı "AMG GT 63 Pro 4Matic+ - Motorsport Collectors Edition" modelini təqdim edib.
Oxu.Az-ın championat.com-a istinadən xəbər verir ki, avtomobilin rəngləri "Mercedes-AMG Formula-1" avtomobillərini xatırladır. Kuzov qara rəngdə hazırlanıb və firuzəyi elementlərlə bəzədilib, arxada isə üçbucaqlı ulduzdan istifadə edilən naxış var.
"Mercedes-AMG GT 63 Pro 4Matic+ Motorsport Collectors Edition" karbon lifli ön splitter və arxa qanaddan ibarət AMG xarici karbon fiber paketi ilə birlikdə satılır. Kapotun altında 450 kVt (612 at gücü) gücündə dörd litrlik tvin-turbo V8 mühərriki yerləşir. Avtomobilin tirajı 200 nüsxə ilə məhdudlaşır.



19-08-2024, 08:33
29-08-2024, 07:23
2-01-2022, 12:39
22-07-2024, 10:28
20-03-2020, 18:43
11-06-2016, 15:37
Комментариев нет