İftar menyusu üçün maraqlı reseptlər
31-03-2023, 18:56
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяEv üsulu ilə hazırlanmış qaymaqlı dondurma - evdə asanlıqla bişirə biləcəyiniz ləzzətli və sərinləşdirici desertdir. Cəmi 3 inqrediyentlə hazırlanır və bundan sonra artıq mağazadan dondurma almaq istəməyəcəksiniz.
Milli.Az resepti təqdim edir:
Lazım olacaq:
500 ml 33% yağlı qaymaq
200 ml qatılaşdırılmış süd
10 q vanilli şəkər
Hazırlanma qaydası:
Qaymağı bir qaba tökün və üzərinə vanilli şəkəri əlavə edin. Mikserlə əvvəlcə yavaş sürətdə təxminən 2-3 dəqiqə çalın, sonra isə orta sürətdə daha uzun - təxminən 5-7 dəqiqə çalın.
Qaymaq qalınlaşmalıdır. Düzgün qatılıq əldə edildikdə, nazik axınla qatılaşdırılmış südü əlavə edin.
Qarışımı çalın, sonra isə yaxşıca qarışdırın ki, kütlə vahid olsun.
Qarışığı bir qaba töküb 5-6 saatlıq dondurucuya qoyun.
Bundan sonra dondurmanız hazırdır! Xüsusi qaşıqla top şəklində formalaşdırın, süfrəyə verin və ləzzətini çıxarın. /Lent.az
31-03-2023, 18:56
16-04-2022, 22:47
26-04-2022, 18:30
9-04-2024, 18:22
25-04-2022, 19:23
29-04-2022, 19:28
Комментариев нет