İftar menyusu üçün maraqlı reseptlər
31-03-2023, 18:56
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяUşaqların ən çox sevdiyi şirniyyatlardan biri də məhz donutslardır. Çox vaxt alınsa da, əslində onları evdə hazırlamaq çox asandır. Həm də daha sağlıqlıdır.
Milli.Az lent.az-a istinadən dadlı donuts reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
Banan - 2 ədəd;
Yumurta - 2 ədəd;
Kakao - 1 yemək qaşığı;
Qabartma tozu - 1/2 çay qaşığı;
Yulaf əzməsi - 80 qram.
Hazırlanması:
Əvvəlcə yumurta və bananı doğrayın və blenderlə qarışdırın. Ardınca digər maddələri əlavə edin və proseduru təkrarlayın.
Xəmiri qəlibə yerləşdirin və 180 dərəcədə 35-40 dəqiqə sobaya qoyun. Zövqə uyğun olaraq hazır donutların üzərinə şokolad və ya qatılaşdırılmış süd əlavə edin.
Nuş olsun!
31-03-2023, 18:56
30-10-2022, 15:39
10-11-2023, 17:34
29-04-2022, 19:28
10-11-2023, 17:33
3-04-2023, 19:48
Комментариев нет