Rusiya "YouTube"u "ağıllandırmağa" hazırlaşır: Tam bağlanacaq?
26-07-2024, 10:38
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться"Google" Rusiyadan olan blogerlər üçün "YouTube"da monetizasiyanı (pul qazanmaq - red.) tamamilə ləğv edib.
OLAY yazır ki, bu barədə şirkət Rusiya Federasiyasından xidmət istifadəçilərinə göndərdiyi məktubda məlumat verib.
"Biz yerləşdiyi ölkə Rusiya olan bütün "AdSense" hesablarını deaktiv edirik. Bu o deməkdir ki, siz belə hesablar vasitəsilə monetizasiya gəliri əldə edə bilməyəcəksiniz", - deyə, "Google Payments" mesajında bildirilib.
Şirkət hesabın ödənişlərin qəbulu dayandırılmadığı və ödəniş həddinə çatmadığı təqdirdə blogerlərin iyul üçün qazanclarının avqustun 21-dən 26-a qədər ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb. Bundan əlavə, Premium və Music Premium abunəlikləri, həmçinin sponsorluq, supersöhbət, superstikerlər Rusiyadan olan istifadəçilər üçün əlçatmaz olub.
26-07-2024, 10:38
24-02-2024, 20:00
9-11-2022, 23:32
16-02-2024, 20:04
22-09-2023, 21:09
22-09-2022, 02:33
Комментариев нет