Əqrəb burcu
4-10-2022, 22:47
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяBuğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.
Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar. Buğa bürcü haqqında ulduzlar bə deyir?
Kişi Buğanın başqa bürclərlə uyğunluğu
Buğa - Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər.
Buğa - Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun.
Buğa - Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur.
Buğa - Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər.
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından
4-10-2022, 22:47
4-10-2022, 22:38
4-10-2022, 22:49
14-08-2021, 19:50
4-10-2022, 22:56
4-10-2022, 21:17
Комментариев нет