Arxiv
Bakıda yeni məktəb binası tikilib
17-07-2019, 17:18
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qəbul imtahanları zamanı ən yüksək bal toplamış 102 tələbəni əhatə edir.
Bədəlov Əflan Aslan oğlu isə Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin məzunudur. O, DİM-in qəbul imtahanında 691,2 bal toplayıb. II qrupun birincisi olan Əflan, Bakı Ali Neft Məktəbini seçib.
Prezident təqaüdçülərindən olan Əfəndiyev Kamil Nazim oğlu isə IV qrup üzrə ən yüksək nəticəni göstərib. 692.5 bal toplayan Kamil, Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunudur.
Əliyev Mirmahmud İsmayıl oğlu da Lənkəranda təhsil alıb. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin məzunu olan Mirmahmud, qəbul imtahanında 676 bal toplayıb. O, bu nəticəyə görə rayon birincisidir. Mirmahmud Əliyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Əliyeva Elvina İlqar qızı Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbin məzunudur.
Ənsərli Cahan Akif qızı isə Oğuzdandır. Oğuz şəhər 3 nömrəli məktəb-liseyin məzunu olan Əsmər, qəbul imtahanında 679 bal toplayıb. O, BDU-nun Hüquqşünaslıq fakültəsini seçib.
Hacıyeva Sevin Eldar qızı isə Gədəbəy rayonu Nərimankənd kənd tam orta məktəbin məzunudur. Kənd məktəbində təhsil alan Sevin, qəbul imtahanında 663.5 bal toplayıb.
Həmzalı Nəzrin Elçin qızı Masallı şəhər 5 nömrəli tam orta məktəbin məzunudur. O, 678.7 balla Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olub.
Həsənli Oğuz Malik oğlu Culfa rayonunun Bənəniyar kənd tam orta məktəbini bitirib.O, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 676 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsinə qəbul olub.
İsmayılova Nuridə Qüdrət qızı Tovuzun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin məzunudur. Prezident təqaüdünə layiq görülən Nuridə, 664 balla BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub.
Şəmkirdən olan digər Prezident təqaüdçüsü Kazımov Ayxan Seymur oğludur.
Prezident təqaüdçüləri olan Pirizadə Nurlan Müşfiq oğlu və Qasımova Röya Anar qızı Qubadlı rayon ümumi təhsil müəssisələrinin məzunlarıdır. Nurlan H. Quliyev adına Çaytumas məktəb-liseyi, Röya isə C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbini bitirib.
Qebedova Billurə Elnur qızı Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin məzunudur. 690.2 bal toplayan Billurə ATU-nun Tibb fakültəsində təhsil alacaq.
Məhərrəmova Aygün Allahverdi qızı 4-cü ixtisas qrupu üzrə 691.6 bal toplayıb. O, Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu olub. Məktəbi qızıl medalla bitirib.
Mustafayev Kamran Teymur oğlu Masallı rayonu Sədrəddin Rəhimov adına Köçəkli kənd tam orta məktəbin məzunudur. O, qəbul imtahanlarında 670 bal toplayıb.
Yusifova Cəmilə Mahir qızı Şirvan şəhər 1 saylı məktəb-liseyin məzunudur. 685.5 bal toplayan Cəmilənin seçimi Bakı Ali Neft Akademiyası olub.
Mustafayev Anar Zahidoviç və Sultanov Rəvan Nüsrət oğlu Quba məktəblərində təhsil alıb.
Anar Bağbanlı kənd tam orta məktəbinin, Rəvan isə Rustov kənd tam orta məktəbin məzunudur.
Bəbişli Cavad Ümüdvar oğlu Zeynəddin Rəhimov adına Qax rayon Qaşqaçay kənd tam orta məktəbini bitirib və 688.2 balla Azərbaycan Dövlət Tibbi Universitetinə qəbul olub.17-07-2019, 17:18
3-11-2019, 12:51
10-06-2022, 14:12
3-08-2022, 18:22
2-10-2020, 17:38
15-02-2024, 11:17
Комментариев нет